Ru
11:29 / 25 Avqust 2025

Prezident Dövlət Xidmətinin bu səlahiyyətini ləğv etdi

Prezident Dövlət Xidmətinin bu səlahiyyətini ləğv etdi
Eye

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabit hazırlığı xüsusi proqram səlahiyyəti ləğv edilib.

Bakupost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Belə ki, Dövlət Xidməti Prezidentin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də edilən dəyişikliyə əsasən ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı səlahiyyətinə malik olmayacaq.

Fərmana əsasən, Dövlət Xidməti həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla digər hərbi vəzifəlilərin hərbi qeydiyyatını apara biləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar