Ru
23:04 / 04 Sentyabr 2025

Putin mantı bükdü - 2018-ci ilin xatirəsi... - VİDEO

Putin mantı bükdü - 2018-ci ilin xatirəsi... - VİDEO
Eye

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Li Hunçjun Rusiya prezidenti Vladimir Putinlə görüşdə maraqlı xatirəni yada salıb.

Bakupost.az Müsavat.com xəbər verir ki, Li Hunçjun Putinin 2018-ci ildə Çinə səfəri zamanı göstərdiyi diqqəti xüsusi vurğulayıb.

O bildirib ki, həmin vaxt Putin Tyanjin şəhərində səfərdə olarkən ənənəvi Çin yeməyi – qolubuli (buğda unundan hazırlanan buxarda bişmiş mantı) hazırlayıb. Çin rəsmisinin sözlərinə görə, bu addım ölkə vətəndaşları arasında böyük rəğbət doğurub:

“2018-ci ildə mən də Tyanjində çalışırdım və həmin tədbirdə iştirak edirdim. Siz o zaman qolubuli yeməyi hazırladınız. Bu, Çin xalqında sizə qarşı dərin hörmət və simpatiya yaratdı. Siz hörmətli və sevilən prezident təsiri bağışladınız”, – deyə Li Hunçjun qeyd edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar