Kreml Rusiya prezidenti Vladimir Putinin keçmiş müəllimi Vera Qureviçlə görüşünün görüntülərini yayıb.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Putin Vera Qureviçin qaldığı Arbatdakı hotelə şəxsən gedib və onu avtomobillə görüş yerinə aparıb.
Məlumata görə, Rusiya lideri illər əvvəl ona dərs deyən müəllimi ilə səmimi söhbət edib. Görüş zamanı tərəflər məktəb illərindən və keçmiş xatirələrdən danışıblar.
Kremlin yaydığı görüntülər sosial şəbəkələrdə də maraqla qarşılanıb.