Ru
20:09 / 11 Avqust 2021

Qaxda ağır qəza: Yaralılar var

Qaxda ağır qəza: Yaralılar var
Eye

Qaxda iki minik avtomobili toqquşub, yaralılar var.

Bakupost.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə axşam saatlarında Qax-İlisu avtomobil yolunun rayonun Qaxbaş kəndi ərazisindən keçən hissəsində baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hazırda yaralılara ilkin yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar