Ru
14:07 / 08 Avqust 2025

Qəbələdə "Lexus" mağazaya ÇIRPILDI - Xəsarət alan var - VİDEO

Qəbələdə "Lexus" mağazaya ÇIRPILDI -  Xəsarət alan var - VİDEO
Eye

Qəbələdə avtomobil marketə çırpılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) polis zabiti Sadıx Axundov hadisə nəticəsində bir nəfər xəsarət aldığını bildirib.

"Avqustun 7-də, təxminən saat 19 radələrində Qaraməryəm-İsmayıllı-Şəki rayonun Qəbələdən keçən hissəsində, yolun 56-cı kilometrində sürücü 1938-ci il təvəllüdlü Qəbələ rayonu, Vəndam qəsəbə sakini Dədəbəy Hacıbaba oğlu Abdulalıyev idarə etdiyi 10-VC-303 dövlət nömrə nişanlı "Lexus" markalı avtomobillə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən sola dönmə manevri edən zaman idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarında olan mağazaya çırpılıb.

Hadisə nəticəsində mağazada olan müştəri 1965-ci il təvəllüdlü Qəbələ rayonu, Vəndam qəsəbə sakini Qorxmaz Mirhüseyn oğlu Ələsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib", - deyə o qeyd edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar