"Benfika" Kerem Aktürkoğlunun "Fənərbağça"ya gedişinə yalnız bir şərtlə icazə verəcək.
Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, "sarı-lacivərdlər" "Feyenoord" səddini keçməsələr, o zaman bu keçid baş tutacaq.
Bu barədə Portuqaliyalının "O Jogo" nəşri məlumat yayıb.
Qeyd edək ki, "Fənərbağça" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında "Feyenoord"a 1:2 hesabı ilə məğlub olub. Cavab oyunu avqustun 12-də İstanbulda oynanılacaq.
Türkiyə nəhəngi bu mərhələni keçə bilsə, pley-offda "Benfika" ilə qarşılaşa bilər. Lissabon təmsilçisi ilk oyunda səfərdə "Nitsa"nı 2:0 hesabı ilə məğlub etməyi bacarıb.