Ru
13:22 / 08 Avqust 2025

Milli Qəhrəman Hökumə Əliyevanın xatirə muzeyinin açlışı olub - FOTO

Milli Qəhrəman Hökumə Əliyevanın xatirə muzeyinin açlışı olub - FOTO
Eye

Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Samux rayonunun Alıuşağı kəndində xatirə muzeyinin açlışı olub. Açlışda bir sıra rəsmilər, AZAL-ın nümayəndələri, H. Əliyevanın yaxınlar iştirak edib. Muzeyin tikintisi Milli Qəhəramanın yaxınları tərəfindən həyata keçiririlib. Muzeydə H. Əliyevanın həyatını əks etdirən foto şəkillər, şəxsi əşyaları sərgilənib. Məlumat üçün bildirək ki, Hökümə Əliyevanın 8 iyun tarixində 34 yaşı tamam olur.

Milli Qəhramanımız əslən Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. Kəlbəcərin işğalı dövründə ailəsi ilə birlikdə Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. Sonra ailə quraraq Bakı şəhərində yaşamağa başlayıb. Onun ata-anası və qardaşı isə bu gün də Samux rayonunun Alıuşağı kəndində yaşayırlar.

Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.

Milli Qəhrəman Hökumə Əliyevanın xatirə muzeyinin açlışı olub - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar