Qətər Avropa İttifaqının CSDDD (Corporate Sustainability Due Diligence Directive) adlı təchizat zəncirlərinin yoxlanmasına dair direktivi yumşaltmadığı təqdirdə, mayeləşdirilmiş təbii qaz ixracını dayandıra biləcəyi barədə xəbərdarlıq edib.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu barədə Qətərin energetika naziri və QatarEnergy şirkətinin rəhbəri Saad Şeridə əl-Kaabi ADIPEC konfransında çıxışı zamanı bildirib.
 
“Əgər Avropa doğrudan da bu direktivin necə yumşaldıla biləcəyini və ya ləğv ediləcəyini nəzərdən keçirməsə və enerji sektorunda ümumi qlobal dövriyyənin 5 faizi həcmində cərimə tətbiq etməkdə davam etsə, biz Avropaya LNG tədarük etməyəcəyik. Bu, qəti qərardır”, - Nazir qeyd edib.