Ru
10:20 / 06 Oktyabr 2025

QHT sosial media bacarıqlarının inkişafına yönələn layihəyə yekun vurdu - FOTO

Eye

“Milli Düşüncə və İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sosial media ilə iş sahəsində təlimlərin təşkili” adlı layihəni uğurla başa çatdırıb.

Layihə barədə məlumat verən Birliyin sədri və layihə rəhbəri Əlövsət Talışxanlı bildirib ki, təşəbbüsün əsas məqsədi paytaxtda fəaliyyət göstərən QHT nümayəndələri və könüllülərin sosial mediada peşəkar fəaliyyət bacarıqlarını artırmaq olub. Onun sözlərinə görə, 15 QHT nümayəndəsini əhatə edən təlimlərdə iştirakçılar sosial media strategiyası, kommunikasiya alətləri və rəqəmsal təqdimat bacarıqları barədə praktiki biliklər əldə ediblər.

“Bu gün sosial şəbəkələr və rəqəmsal kommunikasiya vətəndaş cəmiyyətinin səsini ictimaiyyətə çatdırmaq üçün ən güclü platformadır. QHT-lərin bu alətlərdən düzgün və məqsədyönlü şəkildə istifadə etməsi onların fəaliyyətinin səmərəliliyini artırır.” - Ə.Talışxanlı qeyd edib.

Təlim proqramı çərçivəsində layihənin təlimçisi, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, İlkxeber.org saytının baş redaktoru Xanoğlan Əhmədov QHT-lərin ictimaiyyətlə əlaqə və layihələrin media vasitəsilə təqdimatı üzrə təcrübəsini bölüşüb.
Bundan əlavə, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir İsmayılov “Sosial media və QHT-lər: düzgün istifadə prinsipləri” mövzusunda çıxış edərək sosial platformalarda etibarlı imicin formalaşdırılması yollarından danışıb.
AMEA Mərkəzi Elmi Kitabxanasının rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev “QHT-lər üçün sosial media strategiyası” və “Facebook, Instagram, X və LinkedIn platformalarının imkanları” barədə praktik tövsiyələr təqdim edib.

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mütəllim Rəhimov “SMM xidmətlərindən istifadə və beynəlxalq təcrübə” mövzusunda, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli isə “Sosial medianın auditoriya ilə əlaqə qurmaqda rolu” və “QHT-lər üçün əhəmiyyəti” barədə təqdimatla çıxış ediblər.
Layihə çərçivəsində, həmçinin maarifləndirici buklet hazırlanaraq təlim iştirakçılarına paylanıb.
Təlimlərin yekunda iştirakçılara təlimlərdə fəal iştirakalrına görə sertifikatlar təqdim olunub

Təlimlərin yekunda iştirakçılara təlimlərdə fəal iştirakalrına görə sertifikatlar təqdim olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar