Bu gün Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatının qərargahında Mərkəzi Asiya dövlətlərinin BMT-dəki Daimi Nümayəndələrinin brifinqi keçirilib. Özbəkistanın BMT-dəki Daimi Nümayəndəsi Uluqbek Lapasov 16 noyabr 2025-ci ildə Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün nəticələrini təqdim edərək , regionun dövlət başçılarının BMT üzv dövlətlərini Qırğızıstan Respublikasının 2027-2028-ci illərdə BMT Təhlükəsizlik Şurasına namizədliyini dəstəkləməyə çağıran Müraciəti barədə məlumat verib.
Bakupost.az-ın məlumatına görə, Uluqbek Lapasov qeyd edib ki, Mərkəzi Asiya regionu dövlət başçıları ğz müraciətlərində Qırğızıstan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə namizədliyinin Mərkəzi Asiyanın qlobal sülhə və təhlükəsizliyə töhfəsini gücləndirmək istəyini əks etdirdiyini vurğulayıblar.
Öz növbəsində, Qırğızıstan Respublikasının BMT-dəki Daimi Nümayəndəsi Aida Kasımalıyeva Mərkəzi Asiya dövlətlərinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib və qeyd edib ki, bu birlik regionun sülhə, dialoqa və konstruktiv çoxtərəfliliyə ortaq sadiqliyini nümayiş etdirir. O bildirib ki,
Qırğızıstan Respublikası BMT Təhlükəsizlik Şurasına seçiləcəyi təqdirdə beynəlxalq təşkilatın məsuliyyətli və prinsipial üzvü olacaq və beynəlxalq təhlükəsizliyin gücləndirilməsi və bütün regionların, xüsusən də inkişaf etməkdə olan və kiçik dövlətlərin səslərinin eşidilməsini və nəzərə alınmasını təmin etmək üçün birgə işləyəcəkdir.