Ru
16:21 / 23 Sentyabr 2025

Qubada qardaş 3 gün əvvəl qaçırılan bacısını bıçaqladı

Qubada qardaş 3 gün əvvəl qaçırılan bacısını bıçaqladı
Eye

Qubada qardaş bacısını bıçaqlayıb.

Bakupost.az xəbər verir ki, hadisə Qubanın Xucbala kəndində baş verib.

36 yaşlı Laçın rayon sakini Şamama Salam qızı Kərimovaya kəsici alətlə müxtəlif dərəcəli xəsarətlər yetirilib.

O, ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, əməliyyat olunub, hazırda müalicəsi davam etdirilir.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 31 yaşlı Məhərrəmov Murad Salam oğlu saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə, hadisəyə səbəb, 3 gün əvvəl kənd sakini E. Salıyev Sumqayıt şəhərində yaşayan Ş.Kərimovanı qaçırıb.

Qadının qohumları onun yerini öyrənərək kəndə gəliblər. Burada yaranan mübahisə zamanı qadının qardaşı M. Məhərrəmov bacısına bıçaqla ağır xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar