Ru
16:31 / 23 Sentyabr 2025

Kamran Əliyev onlara yüksək vəzifə verdi

Kamran Əliyev onlara yüksək vəzifə verdi
Eye

Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsinə müavin təyin olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Zamir Paşayev həmin idarənin rəis müavini vəzifəsinə təyinat alıb.

Bunda başqa, Pərviz Əliyev də həmin idarənin böyük prokuroru təyin edilib.

P. Əliyev bundan əvvəl daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Bundan başqa, Vahid Müzəffər oğlu Məmmədov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar