Kolumbiyada "Los Espartanos" cinayətkar qruplaşmasında iştirakda şübhəli bilinən “El Loko” ləqəbli narkotik taciri Robinson Zuluaqa Arroyo həbs edilib.
Bakupost.az xəbər verir ki, o, Kolumbiya milli polisi və ABŞ Hərbi Dəniz Qüvvələrinin Buenaventura şəhərində həyata keçirdiyi birgə əməliyyat zamanı saxlanılıb.
Arroyo qətllərdə, narkotik maddələrin alqı-satısında və təbii sərvətlərin qanunsuz istismarında ittiham olunur. İstintaq onun qurbanlarını aradan qaldırmaq üçün amansız metodlardan, o cümlədən timsahdan istifadə etdiyini açıqlayıb.
O, bölgədə insanların yoxa çıxması hallarının araşdırılması zamanı tutulub. İstintaqın məlumatına görə, "El Loko" qurbanlarının qalıqlarını timsaha yedizdirirmiş.