Anti-Azərbaycan çıxışları ilə tanınan “Ədalətli Rusiya – Həqiqət uğrunda” partiyasının sədri Sergey Mironov TASS agentliyinin keçmiş birinci baş direktor müavini Mixail Qusmanın dövlət mükafatlarından və fəxri adlardan məhrum edilməsini təklif edib.
Bakupost.az xəbər verir ki, Mironov bu barədə Teleqram kanalında yazıb.
O, Rusiya Konstitusiyasının 89-cu maddəsinə dəyişiklik edilməsinin, prezidentə yalnız təltif etmək deyil, həm də mükafatlardanməhrum etmək səlahiyyəti verilməsinin vacibliyini qeyd edib.
Xatırladaq ki, Rusiya Baş naziri Mixail Mişustin iyulun 24-də Mixail Qusmanı TASS agentliyində tutduğu vəzifədən azad edib. Qusman bu vəzifədə 1999-cu ildən bəri çalışırdı. Rəsmi sənəddə vəzifədən azad edilməsinin səbəbi göstərilməyib. Lakin qeyri-rəsmi mənbələrdə səbəb kimi Mixail Qusmanın III Şuşa Qlobal Media Forumunda iştirakı, eləcə də Prezident İlham Əliyevə ABŞ ilə bağlı sual verməsi göstərilir.
Qeyd edək ki, Mixail Qusman 2001-ci ildə Rusiyanın Əməkdar mədəniyyət işçisi, 2018-ci ildə isə Əməkdar jurnalisti fəxri adları ilə təltif olunub, o, həmçinin Rusiya Dövlət Mükafatı laureatıdır.
Aysel,
BakuPost