Ru
17:09 / 04 Oktyabr 2021

Rəsul Quliyevin rəzil görüntüsü yayıldı - VİDEO

Rəsul Quliyevin rəzil görüntüsü yayıldı -  VİDEO
Eye

İnternet resurslarında Milli Məclisin sabiq sədri Rəsul Quliyevin videomüsahibəsindən bir fraqment yayılıb. Fars dilində alt yazıları ilə müşayiət olunan bu fraqmentdə R.Quliyevin jurnalist Emin Hüseynliyə müsahibə verdiyi görünür.

R.Quliyev İran mövzusunda danışaraq deyir ki, vətənimiz İrandır, 1812-ci ildə Rusiya Azərbaycanın yarısını İrandan qoparıb, bu olmasaydı, biz İran vətəndaşı olacaqdıq.

Bundan başqa, o, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın assimlyasiya olunmadığını, özlərini iranlı saydıqlarını bildirir və deyir ki, əksinə, onlar müstəqil Azərbaycanın İrana qatılacağını düşünürlər.

Qeyd edək ki, bu videomüsahibənin köhnə olması ehtimalı böyükdür. Fəqət Azərbaycanın aparıcı siyasi simalarından biri bu düşüncədədirsə və bu fraqment bu gün, İranla Azərbaycanın arasında müəyyən gərginlik yarandığı günlərdə yayılırsa, demək, bulanıq suda balıq tutmaq istəyənlər var.

Yaxın saatlarda Rəsul Quliyevlə, hazırda ABŞ-da yaşayan eks-spikerlə əlaqə saxlamağa cəhd edəcəyik və videonun nə dərəcədə yeni-köhnə olduğunu öyrənməyə, onun bu fikrində qalıb-qalmadığını dəqiqləşdirməyə çalışacağıq./Musavat.com


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar