Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərlə söhbəti zamanı yaxın vaxtlarda Azərbaycana səfər edib-etməyəcəyi barədə sualı cavablandırıb:
Bakupost.az xəbər verir ki, Overçuk “Yaxın zamanda Azərbaycana səfər etməyi planlaşdırırsınızmı?” sualına belə cavab verib:
“Yaxın vaxtlarda hələ ki, Azərbaycana dəvət yoxdur”.
Xatırladaq ki, iyun ayında Yekaterinburqda azərbaycanlıların qəddarlıqla qətlə yetirilməsindən sonra Aleksey Overçukun ölkəmizə nəzərdə tutulan səfəri ləğv olunmuşdu.
Aysel,
BakuPost