Ru
18:03 / 28 Oktyabr 2025

General-mayor Mirzə Mirzəyevə 9 il həbs cəzası verildi

General-mayor Mirzə Mirzəyevə 9 il həbs cəzası verildi
Eye

Rostov-Don Qarnizon Hərbi Məhkəməsi Rusiya Milli Qvardiyasının Təchizat İdarəsinin keçmiş rəis müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyevi 9 il müddətinə azadlıqdan məhrum edib.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə məlumatı “Kommersant” yayıb.

53 yaşlı M.Mirzəyev külli miqdarda rüşvət almaqda təqsirli bilinib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək.

İstintaq məlumatına əsasən, general-mayor 2023-cü ildə anbar inşası üçün modullar istehsal edən şirkətin rəhbərliyindən 140 milyon rubl məbləğində rüşvət alıb.

Xatırladaq ki, general 2024-cü ilin noyabrında Moskvada həbs edilmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar