Ru
12:03 / 29 Noyabr 2021

Saakaşvili məhkəmədə - YENİLƏNİB - FOTO

3544

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin “7 noyabr” işi üzrə məhkəmə iclası başlayıb.



Bakupost.az xəbər verir ki, iclasa siyasətçilər, ictimai fəallar və media nümayəndələri buraxılmayıb.



Müdafiə tərəfindən vəkillərlə yanaşı M. Saakaşvilinin anası Qiuli Alasanianın məhkəmə iclasında iştirakına icazə verilib. M. Saakaşvilinin vəkillərinin iclasın yerli telekanallar vasitəsilə canlı yayımlanması tələbi qəbul edilməyib. Ümumilikdə 5 ayrı iş üzrə ittiham edilən sabiq Prezident M. Saakaşvilinin öz məhkəməsində iştirakına ilk dəfə icazə verilir.



***

10:36


Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili bu gün "7 noyabr" işi üzrə Tbilisi Şəhər Məhkəməsində keçiriləcək məhkəmə iclasında iştirak edəcək.


Bakupost.az xəbər verir ki, bu barədə Xüsusi Penitensiar Xidmət məlumat yayıb.

Artıq sabiq Prezident hazırda müalicə aldığı Qori Hərbi Xəstəxanasından Xüsusi Penitensiar Xidmətə məxsus avtomobil karvanı ilə Tbilisi Şəhər Məhkəməsinə aparılıb.

Məhkəmə prosesi ilə əlaqədar binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, məhkəmə binasının daxili və xaricinə çox sayda polis və su şırnağı maşını cəlb edilib. İclasla əlaqədar sabiq Prezidentin çox sayda tərəfdarı da məhkəmə binasının ətrafına toplaşıb.

Qeyd edək ki, M. Saakşavili 7 noyabr 2007-ci ildə hökumət əleyhinə etiraz aksiyasını zorakılıqla dağıtmaqda, İmedi TV-yə basqın təşkil etməkdə və milyarder Badri Patarkatsişviliyə məxsus əmlakı qanunsuz ələ keçirməkdə ittiham edilir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər