Ru
12:30 / 25 Noyabr 2021

Sabiq nazirin oteli məhkəməyə verildi - SƏBƏB

Sabiq nazirin oteli məhkəməyə verildi -  SƏBƏB
Eye

Yeni Qalaaltı Hotel Company MMC vergidən yayınmaya görə məhkəməyə verilib.

Bakupost.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, şirkət haqqında vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan Inzibati Xətalar maddəsi ilə cinayət işi başlanılıb.

İşə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevin sədrliyi ilə baxılır. Qeyd edək ki, bu ilin avqust ayından Yeni Qalaaltı Hotel Company MMC qanuni təmsilçisi Nazim Süleymanov Fərman oğludur.

Nazim Süleymanov 2019-cu ilin sentyabrından "Qalaaltı Hotel & Spa”ya baş meneceri vəzifəsində çalışır. Xatırladaq ki, "Yeni Qalaaltı Hotel Company” 2014-cü ildə yaradılıb və 202 min manat nizamnamə kapitalına sahibdir.

Şirkətin əsl sahibi sabiq Vergilər naziri Fazil Məmmədov olduğu deyilir.

Şərhlər
  • t.ədalət

    Fazil müəllimin nəyi yoxdu?Bu adam erlə bir talançı olub ki,Azərbaycanda və xaricdə olan mülkləri göz qamaşdırır.MTK-sı,böyük marketləri,ali məktəbi,villaları,hansını deyək?Bizim hökumət bu boyda qulduru qoyub kimsə mağazadan bir butulka su oğurlayır-düşüb onun ardınca.Görünür,böyük oğruları hakimiyyət də dəstəkləyir..

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar