Ru
13:51 / 16 Aprel 2026

Şagirdləri öldürən uşağın atası: Atəş açmağa icazə verdim…

Şagirdləri öldürən uşağın atası: Atəş açmağa icazə verdim…
Eye

Oğlum interaktiv oyunlar oynayırdı, amma mən onun otağına girəndə hər şeyi söndürürdü.


Bakupost.az xəbər verir ki, bu sözləri Kahramanmaraşda məktəbə silahlı hücum edən uşağın polis olan atası Uğur Mersinli ifadəsində deyib.

“Dostları ilə atış məşqlərinə getmək istəyirdi. Təxminən bir ay əvvəl məndən nə vaxt icazə verəcəyimi soruşdu.

Bazar ertəsi günü polis atış poliqonuna gedib öz silahımla məşq etdim və oğluma bir neçə atəş açmağa da icazə verdim. Psixoloq dedi ki, oğlum cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkəcək və ona nəzarət lazımdır.

Mənim yeddi lisenziyalı odlu silahım və iki ov tüfəngim var. Bunların hamısı qaydalara uyğun olaraq mənim adıma qeydiyyatdan keçib”, - o bildirib.

Qeyd edək ki, 15 apreldə Kahramanmaraş məktəbində atışma baş verib. 8-ci sinif şagirdi 10 nəfəri öldürüb, daha sonra isə intihar edib.

Hadisədən sonra şagirdin atası Uğur Mersinli də polis tərəfindən saxlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar