Rejissor Şahin Zəkizadə vəfat edib.
Bu barədə APA-ya Ş. Zəkizadənin xalası oğlu Aqil Adiloğlu məlumat verib.
O, bildirib ki, Ş. Zəkizadə sabah Maşatağada yerləşən "Seyidlər” qəbiristanlığında dəfn olunacaq.
***
14:42
Xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin ölüm xəbəri yayılıb.
Lent.az rejissorun müalicə olunduğu Tədris Terapevtik Klinikası ilə əlaqə saxlayıb. Xəstəxananın baş həkimi Adil Nuriyev Lent.az-a açıqlamasında bildirib ki, rejissorun vəziyyəti ağır olaraq qalır, o, hazırda reanimasiya şöbəsindədir.
Baş həkim bildirib ki, rejissorun həyatı ilə bağlı yayılan xəbərlər doğru deyil.
***
Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə vəfat edib.
"Qafqazinfo” xəbər verir ki, o, müalicə olunduğu Tədris Terapevtik Klinikasında keçinib. Rejissorun xanımı Səbinə Zəkizadə xəbəri təsdiqləyib.
O, bildirib ki, rejissorun dəfn mərasimi Yeni Yasamal qəbiristanlığında olacaq.
Bakı Post