Özbəkistanda Prezident Şavkat Mirziyoyevin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
Bakupost.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” nəşri məlumat yayıb.
Təklif Özbəkistan Qazsız İçkilər və Şirə İstehsalçıları Assosiasiyasının (UzBev) rəhbəri Alfiya Musina tərəfindən səsləndirilib. O, prezidentin sahibkarlarla illik açıq dialoqu zamanı Mirziyoyevi biznesə göstərdiyi diqqət və dəstəyə görə yüksək qiymətləndirib:
Qeyd edək ki, son illərdə Mirziyoyevin iqtisadi islahatları və biznes mühitinə dəstəyi Özbəkistanda geniş müzakirə olunur.
Ayxan, BakuPost