Ru
18:20 / 21 Avqust 2025

Məktəblilərimiz 4 mükafat qazandı - FOTO

Məktəblilərimiz 4 mükafat qazandı - FOTO
Eye

11–21 avqust tarixlərində Hindistanın Mumbay şəhərində keçirilmiş Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəzəri və praktiki turdan ibarət olan olimpiadada Azərbaycan məktəbliləri 2 bürünc və 2 həvəsləndirici mükafat əldə ediblər. Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Oqtay Lətifli və Bakı şəhəri Texniki humanitar liseyinin X sinif şagirdi Məhəmməd Cəfərli bürünc medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif sinif şagirdi Raiq Babazadə və XI sinif şagirdi Aqil Güləliyev olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.

Məktəblilərimiz 4 mükafat qazandı - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar