Ru
19:33 / 21 Avqust 2025

Darsaliya və Kostanyan Bakı ilə İrəvanın Vaşinqton razılaşmasını müzakirə etdi

Darsaliya və Kostanyan Bakı ilə İrəvanın Vaşinqton razılaşmasını müzakirə etdi
Eye

Ermənistan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr zamanı Cənubi Qafqaz regionunda cari hadisələr və Bakı ilə İrəvan arasında Vaşinqton razılaşmaları müzakirə edilib.

Bakupost.az Report-a istinadla xəbər verir ki, məsləhətləşmələr avqustun 21-də İrəvanda Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın sədrliyi ilə keçirilib.

Tərəflər iki ölkə arasında münasibətlərin dostluq xarakterini və strateji tərəfdaşlığı qeyd edib, yüksək səviyyəli səfər mübadiləsinin intensivləşdiyini vurğulayıblar.

“Həmçinin Cənubi Qafqaz regionunda baş verən cari hadisələr müzakirə olunub. Gürcüstan tərəfi Azərbaycan və Ermənistan arasında avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişini alqışlayıb və ABŞ-nin rolunu ayrıca vurğulayıb”, - məlumatda deyilir.

Gürcüstan tərəfi regionda uzunmüddətli sülhün və əməkdaşlığın möhkəmlənməsinə töhfə verməyə hazır olduğunu bildirib.

Bundan əlavə, tərəflər ticarət-iqtisadi, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın perspektivlərini, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar