Ru
20:44 / 21 Avqust 2025

Emin Ağalarov əfsanəvi idmançı ilə görüşdü - VİDEO

Emin Ağalarov əfsanəvi idmançı ilə görüşdü - VİDEO
Eye

Xalq artisti, tanınmış müğənni və iş adamı Emin Ağalarov serbiyalı dünya tennisinin canlı əfsanəsi, çoxsaylı “Böyük Dəbilqə” qalibi Novak Cokoviçlə görüşüb.

Bakupost.az xəbər verir ki, görüş Monteneqroda baş tutub.

Dünyaca məşhur tennisçi ilə qarşılaşma zamanı xoş anlar yaşanıb və dostluq atmosferi müşahidə olunub.

Emin Ağalarov həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. O, paylaşımında Cokoviçi idman dünyasının ən güclü simalarından biri kimi dəyərləndirib və görüşün onun üçün unudulmaz təcrübə olduğunu qeyd edib.

Qeyd edək ki, Novak Cokoviç 24 “Böyük Dəbilqə” turnirinin qalibi olmaqla tennis tarixində ən uğurlu idmançılardan biridir. Emin Ağalarov isə yalnız musiqi fəaliyyəti ilə deyil, həm də beynəlxalq səviyyədə dostluq əlaqələri və sosial münasibətləri ilə seçilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar