Ru
21:43 / 21 Avqust 2025

Azərbaycanın Ukraynaya silah verməsi... - Politoloq

Azərbaycanın Ukraynaya silah verməsi... - Politoloq
Eye

Azərbaycan Ukraynaya silah vetosunu aradan qaldırmayacaq. Ona görə ki, Azərbaycanın Ukraynaya silah verməsinə heç bir ehtiyac yoxdur. Çünki, biz münaqişə tərəfi deyilik. Avropa ölkələri və ABŞ bu işi həyata keçirir. Təbii ki, Rusiyanın Ukraynada qalib gəlməsi Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Hazırda Azərbaycan Rusiya ilə açıq konfliktə maraqlı deyil".

Bakupost.az xəbər verir ki, bu sözləri Musavat.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun fikrincə, Cənubi Qafqazda Azərbaycanın müstəqil siyasəti, xüsusilə Ermənistanla sülh müqaviləsinin paraflanması, Zəngəzur dəhlizindən Rusiyanın kənarlaşdırılmasi Moskvanı Bakıya qarşı təzyiqlər etməsi ilə nəticələnir: "Rusiya Ukraynada Azərbaycana məxsus olan SOCAR yanacaq çənlərini vurmasını, qaz kompressor stansiyasına zərbələr endirməsini və digər sahələrdə təzyiqləri davam etdirir. Amma bu, o demək deyil ki, Azərbaycan Ukraynaya silah verməlidir.

Azərbaycan Rusiya ilə bağlı siyasətində aydın siyasət həyata keçirir. Rəsmi Bakıdan Rusiyaya qarşı hər hansı bir siyasət aparılmır. Həm də Azərbaycanın Türkiyə kimi strateji qardaş müttəfiqi var. Rusiya Ukraynada strateji bataqlıqdadı.

Azərbaycan Ukraynaya silah versin kimi açıqlamalara ehtiyac yoxdur".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar