ABŞ 17 ildən sonra ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstana hərbi təcavüzünü pisləyən bəyanatına qoşulmayıb.
Bakupost.az xəbər verir ki, 18 avqust tarixli sənəd Böyük Britaniya, Fransa, Sloveniya, Danimarka və Yunanıstan tərəfindən imzalanıb.
Bəyanatda Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı qanunsuz hərbi mövcudluğu pislənilib, həmçinin Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunur.
Gürcüstan Xarici İşlər Nazirliyi və digər rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.