"Səbail polis idarəsindəyəm. Sağ olsunlar, şərait yaratdılar ki, şəhidləri təhqir edən üç Səudiyyə Ərəbistanı vətəndaşı barədə şikayət ərizəsi yazdım".
Bu barədə Bakupost.az -a tarixçi alim Zaur Əliyev məlumat verib.
Onun sözlərinə görə, polis idarəsindən çıxandan sonra Səudiyyə Ərəbistanının səfirliyinin işçiləri ilə mübahisə edib.
"Onlar video çəkib Azərbaycan xalqından üzr istəyəcəklər deyəndə lap əsəbləşdim. "Səfirlik özü üzr istəməlidir və bu şəxslər Azərbaycan qanunları ilə cəzalanacaq" deyəndə mənimlə mübahisəyə başladılar. Onlara bildirdim ki, bu adamlar layiqli cəza almasalar bütün şəhid ailələrini təhqir etmiş sayılacaqlar.
Halal olsun dəyərli alimimizə.