Ru
12:07 / 04 Sentyabr 2025

Şərurlu İsfəndiyar yenə hakim qarşısında

Şərurlu İsfəndiyar yenə hakim qarşısında
Eye

“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə keçirilir.

Bakupost.az qafqazinfo-ya istinadla xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılır.

Tanınmış iş adamından şikayətçi “Proqres 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur. Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Amma hələ ki yekun məhkəmə qərarı yoxdur. Buna baxmayaraq, “Şərurlu İsfəndiyar” verilişlərin birində onu dələduz adlandırıb.

E.Səməndərov “dələduz” sözünü özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib.

Məhkəmə şikayətlə bağlı ekspertiza təyin etmişdi. Bu gün ekspert rəyi açıqlanmalıdır.











Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar