Siyəzəndə ödəniş terminalı oğurlandı
Siyəzən Qaz istismar sahəsinin inzibati binasında oğurluq olub.
"BakuPost" xəbər verir ki, binadan ödəniş terminalı oğurlanıb.
Hadisə ilə əlaqədar Siyəzən Rayon Polis Şöbəsinə müraciət olunub.
Faktla bağlı araşdırma aparılır.