Gümüşün qiyməti 2011-ci il mayın 2-dən bəri ilk dəfə olaraq 48 dolları ötüb.
Bakupost.az xəbər verir ki, Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabrında tədarükü nəzərdə tutulan gümüşün unsiyası 1,45% bahalaşaraq 48 dollardan yuxarı qalxıb.
Eyni zamanda, Comex birjasında qızılın dekabr fyuçerslərinin dəyəri 3 917,9 dollar (+0,68%) səviyyəsində olub.