Suriyanın qərbində Hələbin mərkəzində terror aktı nəticəsində bir polis əməkdaşı həlak olub, bir neçəsi isə yaralanıb.
Bakupost.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Qeyd olunub ki, partlayış kamikadze tərəfindən törədilib. O, şəhərin mərkəzi rayonunda polis patrulunu hədəfə alıb. İstintaq başlayıb, təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alıb.