Ru
13:15 / 17 Sentyabr 2020

Tanınmış jurnalistə görə Azərbaycan hökuməti cərimələndi

2479

Bu gün, sentyabrın 17-də Avropa İnsan Haqları Məhkəməsi tanınmış jurnalist, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov Azərbaycana qarşı işi üzrə qərarını elan edib. Jurnalist hazırda Avropada mühacirətdədir.

"BakuPost" xəbər verir ki, bu qərar R. Mirqədirovun AİHM-in icraatında olan iki şikayətdən birincisi üzrədir. Bu iş jurnalistin Türkiyədə saxlanılması, Azərbaycana gətirilməsi, həbs olunması ilə bağlı idi.



AİHM hesab edib ki, jurnalistə münasibətdə Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq – “əsaslı şübhə”nin mövcud olmaması, məhkəmə qərarı olmadan həbsdə saxlanılma, azadlıq hüququna müdaxilənin əsaslandırılmaması), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ – təqsirsizlik prezumpsiyası) və 8-ci (şəxsi həyatın toxunulmazlığı) maddələrinin pozuntusuna yol verilib.

Qərara əsasən, hökumət R.Mirqədirova 20 min avro təzminat ödəməlidir.

İşin hekayəsi

R.Mirqədirov Türkiyədə yaşayarkən 2014-cü ilin aprelində jurnalist akkreditasiyasından və yaşamaq icazəsindən məhrum edilmişdi. Daha sonra tənqidçi jurnalist, tələm-tələsik Azərbaycana deportasiya edilmiş, ona qarşı dövlətə xəyanət ittihamı irəli sürlümüş, uzun müddət Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılmışdı. MTN və Baş Prokurorluğun jurnalsitin işi ilə bağlı birgə rəsmi bəyanatında Mirqədirov “erməni casusu” kimi təqdim edilmişdi.

2015-ci ilin dekabrında yerli məhkəmələr jurnalistə qarşı ittihamları təsdiqləmiş, onun 6 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm etmişdi.

Hazırkı işdə R.Mirqədirovun vəkilləri jurnalistin Türkiyədən Azərbaycan götirilməsi, məhkəməyə qədər həbs edilməsi kontekstində yol verilmiş pozuntuları mübahisələndirmişdilər. Şikayət Azərbaycan və Türkiyə Respublikalarına qarşı verilmişdi.

Vəkillər iddia edirdi ki, Azərbaycan dövləti jurnalistə münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq və təhlükəsizlik hüququ), 6-cı (təqsirsizlik prezumpsiyası), 8-ci (şəxsi həyata və ailə həyatına hörmət hüququ), 10-cu (ifadə azadlığı) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadə hədləri) maddələrinin pozuntusuna yol verib.

Türkiyəyə münasibətdə isə Konvensiyanın 5-ci və 10-cu maddələrinin pozuntusunun tanınması xahiş edilirdi.

Məhkəmədən dövlətlərin üzərinə 45 min 300 avro məbləğində ədalətli əvəzin ödənilməsi vəzifəsinin qoyulması istənilmişdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər