Ru
17:14 / 03 Noyabr 2025

Telefonla danışan sürücülərə AĞIR CƏZA

Telefonla danışan sürücülərə AĞIR CƏZA
Eye

Fransanın Landes bölgəsində noyabrın 1-dən etibarən yeni yol təhlükəsizliyi qaydası qüvvəyə minib.

Bakupost.az Fransa mediasına istinadən xəbər verir ki, artıq sükanda telefonla danışan və ya mesaj yazan sürücülərin sürücülük vəsiqəsi dərhal əlindən alınacaq.

Bölgənin valisi Jil Klavryöl bildirib ki, ilin əvvəlindən bəri 3200 inzibati cərimə protokolu tərtib olunub və artıq xəbərdarlıq yox, cəza dövrü başlayır.

Yeni tətbiq test mərhələsində olsa da, təkrarlanan qayda pozuntularını gözləmədən sürücülük vəsiqəsinİN inzibati qaydada alınmasını nəzərdə tutur.

Əvvəlki qanunvericiliyə əsasən, sükanda telefon istifadə etmək 135 avro cərimə və 3 balın silinməsi ilə cəzalandırılırdı. Lakin son illərdə qəzaların artması hökuməti daha sərt addımlar atmağa vadar edib.

Əgər sərt təbirlər uğurlu nəticə verərsə, digər bölgələrdə də tətbiq ediləcək. Fransa Daxili İşlər Nazirliyi bu təşəbbüsün milli təhlükəsizlik planının bir hissəsinə çevrilə biləcəyini bildirir. Rəsmilər hesab edir ki, yeni ideya qəzaların sayını əhəmiyyətli dərəcədə azaldarsa, ölkə miqyasında daimi qanun kimi qüvvəyə minə bilər.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar