Ru
11:07 / 09 Oktyabr 2025

Kremldən açıqlama: Putinlə Əliyevin görüşünə nikbin baxırıq

Kremldən açıqlama: Putinlə Əliyevin görüşünə nikbin baxırıq
Eye

Kreml Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin görüşü ərəfəsində nikbindir – prezidentlər münasibətlərdə yığılmış bütün problemləri müzakirə edə biləcəklər.

Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Hazırda biz Putinin Tacikistana dövlət səfərini müzakirə edirik. Bizim çox geniş gündəliyimiz var. Təbii ki, Rusiya-Azərbaycan münasibətləri məsələsidir. Biz iki prezidentin bu gün görüşməsi ilə bağlı razılığa gəldik. Bundan sonra nə baş verəcəyini görəcəyik. Buna nikbin baxırıq. Ümid edirik ki, prezidentlər ikitərəfli münasibətlərimizin hazırkı vəziyyətini müzakirə edəcəklər və qalan məsələləri həll edəcəklər", - Peskov bildirib.

O, oktyabrın 7-də Vladimir Putinlə İlham Əliyev arasında telefon danışığının yaxşı, müsbət, konstruktiv olduğunu və həmin söhbət zamanı qarşıdakı görüşlə bağlı razılığın əldə olunduğunu qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar