Ru
13:34 / 09 Oktyabr 2025

Narkotikin təsiri altında avtobus sürən şəxs saxlanıldı - VİDEO

Narkotikin təsiri altında avtobus sürən şəxs saxlanıldı - VİDEO
Eye

Sumqayıtda narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs olunub
Sumqayıtda 123 saylı marşrut xətti üzrə hərəkət edən 50-AF-276 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edən sürücü Şahin İbrahimovun narkotik maddə qəbul etdiyi barədə şübhə yarandığından saxlanılaraq tibbi müayinəyə aparılıb.

Bu barədə Bakupost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, müayinə zamanı Ş.İbrahimovun narkotik maddə qəbul etdiyi müəyyən olunub. Onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Ş.İbrahimov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar