Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında görüş başlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Görüş Düşənbədəki "Koxi Somon" hökumət iqamətgahında təşkil olunub.
Dövlət başçıları görüş otağına birlikdə söhbət edə-edə daxil olublar.
Görüşün əvvəlində isə liderlər biri-birinin əlini sıxıblar.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun daha əvvəl jurnalistlərə verdiyi məlumata görə, Kreml prezidentlərin “ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edəcəklərinə və mövcud problemləri həll edəcəklərinə” ümid edir.
Putin və Əliyev arasında sonuncu tammiqyaslı ikitərəfli görüş 2024-cü ilin oktyabrında MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində baş tutub. Bundan başqa, iki lider Çinin Tianjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində qısa görüş olub. Oktyabrın 7-də Əliyev altı aydan çox üzbəüz əlaqədən sonra Putini ad günü münasibətilə telefonla səmimi qəlbdən təbrik edib.
Zaur, BakuPost