Ru
15:15 / 09 Oktyabr 2025

Ədəbiyyat üzrə Nobel mükafatçısı bəlli oldu

Ədəbiyyat üzrə Nobel mükafatçısı bəlli oldu
Eye

Macarıstan yazıçısı Laslo Krasnahorkai ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.

Bu mükafat ona apokaliptik qorxu fonunda incəsənətin gücünü təsdiqləyən, təsirli və vizioner yaradıcılığına görə verilib.

Qeyd edək ki, ötən il ədəbiyyat üzrə Nobel mükafatına 54 yaşlı cənubi koreyalı yazıçı Han Kang layiq görülüb.

Ədəbiyyat üzrə ilk “Nobel” mükafatı 1901-ci ildə Sülli Prüdoma təqdim edilib.

Xatırladaq ki, ədəbiyyat üzrə “Nobel” mükafatı İsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunan illik mükafatdır. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş “Nobel” mükafatından biridir. Mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar