Rusiya Ukraynanın şərqini ələ keçirmək istəsə, bunun üçün təxminən 1 milyon hərbçisini basdırmalı olacaq.
Bakupost.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Tramp anlayır ki, Putin ona Alyaskada guya Rusiyanın hərbi imkanları kimi “satdığı” şeylər əslində işləmir. Deməli, o, ona keyfiyyətsiz “mal” satmağa cəhd edib. Məncə, yalan danışmaq hər kəsi təhqir etməkdir”, – Zelenski bildirib.
Ukrayna prezidenti həmçinin qeyd edib ki, əgər Putin ölkəsində səfərbərlik elan edərsə, bu, Avropa üçün ciddi çağırış olacaq, çünki o, böyük müharibəyə başlaya bilər:
“Səfərbərlik Rusiya rəhbərinin reytinqinin tam şəkildə itirilməsi deməkdir. O, məhz buna görə indiyədək bu addımı atmayıb. İnanın, müqavilələr üçün böyük məbləğ ödəmək istəmirdilər. Son illərdə ödədikləri qədər böyük məbləğ. Amma buna getdilər.Təsəvvür edin, onun şəxsi reytinqinin qorumağın qiyməti nə qədərdir. Ona görə də, əgər səfərbərlik olarsa, bu, Avropa üçün çağırış olacaq. O, böyük müharibəyə başlayacaq”.
Lalə, Bakupost