Xəbər verdiyimiz kimi, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin görüşündə Kreml rəhbəri həmkarını AZAL-ın təyyarə qəzasının səbəbləri barədə məlumatlandırıb.
Bakupost.az xəbər verir ki, Putin AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə ona iki gün əvvəl məlumat verildiyini açıqlayıb.
"AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbləri hadisənin hərtərəfli təhlilindən sonra bəlli olub", - Putin deyib.
Bundan başqa, o bildirib ki, “AZAL-ın təyyarə qəzası ilə bağlı vəziyyəti tam həll etmək üçün vaxt lazımdır”.
Moskvada danışıqlardan sonra Putin son 10 ayda ilk dəfə Azərbaycan təyyarəsinin vurulmasına görə Rusiyanın məsuliyyət daşıdığını etiraf edib. O, təzminat ödəyəcəyini və günahkarları cəzalandıracağını vəd edib.
Zaur, BakuPost