Ru
13:59 / 09 Oktyabr 2025

Bakı-Quba yolunda dəhşətli qəzanın ANBAAN VİDEOSU

Bakı-Quba yolunda dəhşətli qəzanın ANBAAN VİDEOSU
Eye

Oktyabrın 9-u saat 08:50-də Bakı-Quba yolunun 27-ci kilometrliyində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

İlkin məlumata əsasən, 1984-cü il təvəllüdlü, Bakı şəhər sakini Ruslan Ağammədov sürdüyü "Şevrolet" markalı, 77 YR 183 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan 1995-ci il təvəllüdlü piyada Kənan Nəsirovu vurub.

Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, yorğun, yuxusuz və ya səhhətində problem olduğu halda sükan arxasına əyləşmək yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk yaradır.

"Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər hələ də bu kimi hallara məsuliyyətsiz yanaşır ki, bu da çox zaman faciəvi nəticələrlə yekunlaşır".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar