Ru
23:15 / 29 Sentyabr 2025

Trampın Qəzzada sülh planı açıqlandı

Trampın Qəzzada sülh planı açıqlandı
Eye

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinə son qoymaq üçün 20 bəndlik planını dərc edib.

Bakupost.az xəbər verir ki, sülh planına əsasən, İsrail anklavı işğal və ilhaq etməyəcək.

Qəzza qonşuları üçün heç bir təhlükə yaratmayan "deradikalizasiya olunmuş, terrordan azad zona"ya çevriləcək.

İsrailin bu razılaşmanı ictimai qəbul etməsindən sonra 72 saat ərzində bütün girovlar geri qaytarılacaq.

Bütün girovlar azad edildikdən sonra İsrail 2023-cü il oktyabrın 7-dən sonra həbs edilən 250 ömürlük məhbus və 1700 qəzzalını azad edəcək.

Birləşmiş Ştatlar dinc və firavan birgəyaşayış üçün siyasi perspektivləri razılaşdırmaq məqsədilə İsrail və fələstinlilər arasında dialoqa təşəbbüs göstərəcək.

Hər iki tərəf bu təkliflə razılaşarsa, müharibə dərhal bitəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar