Ru
13:54 / 18 Fevral 2026

"Transformatorlar"ın aktyoru həbsə düşdü

"Transformatorlar"ın aktyoru həbsə düşdü
Eye

Amerikalı aktyor Şia LaBeouf Mardi Qras festivalı zamanı baş verən insidentdən sonra Yeni Orleanda saxlanılıb.

Bakupost.az xəbər verir ki, hüquq-mühafizə orqanları 17 fevral gecəsi aktyorun əvvəlcə bir iş yerində mübahisə etdiyini, daha sonra küçədə bir nəfərə yumruq vurduğunu bildirib. O, hadisə yerinə qayıdaraq daha iki şəxsə də fiziki şiddət göstərib. Ərazidə olanlar polis gələnədək onu saxlayıblar.

Şia LaBeouf tibbi müayinə üçün xəstəxanaya aparılıb və bundan sonra həbs edilib.

Şərti olaraq buraxılan aktyorun məhkəməsi olacaq.

Qeyd edək ki, Şia "Transformatorlar" filmindəki obrazı ilə məşhurlaşıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar