Ru
13:45 / 18 Fevral 2026

Vəzifəli şəxsə "TƏPİK" atdı, həbs olundu

Vəzifəli şəxsə "TƏPİK" atdı, həbs olundu
Eye

Şəkidə vəzifəli şəxsə təpik atan şəhər sakini həbs edilib.

Bakupost.az Qaynarinfo-ya istiandən xəbər verir ki, 1964-cü ildə Şəki şəhərində anadan olmuş Y.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə (əzab vermə) protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məlum olub ki, təqsirləndirilən şəxs Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən qardaşına məxsus evin həyətində Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin (DƏDKR) 12 saylı Şəki Şəhər Ərazi İdarəsinin əməkdaşlarının ölçmə işləri həyata keçirdiyini görüb.

O, həmin şəxslərə yaxınlaşaraq həyətə icazəsiz daxil olduqlarını bildirib və çıxmalarını tələb edib. Lakin onların həyətdən çıxmadığını görən təqsirləndirilən şəxs əsəbləşərək DƏDKR 12 saylı Şəki Ərazi Dairəsinin Böyük Yerquruluşu üzrə mühəndisi vəzifəsində işləyən Əmrah Mustafazadənin omba nahiyəsinə təpiklə zərbə vuraraq sağlamlığa zərər vurmayan xəsarət yetirib.

Məhkəmənin hökmü ilə Y.Məmmədov İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib və 25 gün müddətinə həbs edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar