Bu gün Türkiyədə təhlükəsizlik qüvvələri tərəfindən 21 vilayətdə eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində İŞİD terror təşkilatına üzv olan 357 şübhəli saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Nazir bildirib ki, əməliyyatlar səhər saatlarında polis qüvvələri tərəfindən həyata keçirilib. Yerlikayanın sözlərinə görə, saxlanılan şəxslər terror təşkilatı İŞİD ilə əlaqədə şübhəli bilinirlər.
Əməliyyatlar Baş Prokurorluqlar, Türkiyə Polis Təşkilatının Terrorla Mübarizə İdarəsi (EGM TEM) və Kəşfiyyat İdarəsinin koordinasiyası ilə vilayət polis idarələri tərəfindən aparılıb. Təhlükəsizlik tədbirləri Adana, Ağrı, Ankara, Antalya, Bingöl, Çorum, Dənizli, Ərzincan, Qaziantep, Girəsun, İstanbul, Kastamonu, Kilis, Konya, Muğla, Niğde, Osmaniyə, Şanlıurfa, Şırnak, Yalova və Van vilayətlərini əhatə edib.
Əli Yerlikaya açıqlamasında terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb: “Bu vətəni terrorla diz çökdürməyə çalışanlara indiyədək necə imkan verməmişiksə, bundan sonra da əsla imkan verməyəcəyik”.
Cavid, BakuPost