Türkiyədə tanınmış iranlı sehrbaz və “Yetənək Sizsiniz” şousunun keçmiş iştirakçısı Arif Qafuri maliyyə cinayətləri ilə bağlı aparılan əməliyyat çərçivəsində həbs edilib.
Bakupost.az “CNN Türk”ə istinadən xəbər verir ki, İstanbul Maliyyə Polisi İdarəsi prokurorluğun göstərişi ilə genişmiqyaslı araşdırma aparıb. Polis Kapital Bazarları Şurasının hesabatlarına əsaslanaraq İstanbul Fond Birjasında qiymət manipulyasiyası ilə məşğul olan bir şəbəkəni müəyyən edib. Məlumata görə, həmin qrup birjada saxta yollarla mənfəət əldə etməyə çalışıb.
Beş əyalətdə eyni anda keçirilən əməliyyat nəticəsində Arif Qafuri də daxil olmaqla ümumilikdə 12 nəfər həbs edilib.
İstintaq davam edir.
Cavid, Bakupost