Ru
17:01 / 19 Avqust 2025

Ukraynaya 1000 əsgəri cəsədi qaytarıldı

Ukraynaya 1000 əsgəri cəsədi qaytarıldı
Eye

Rusiya Ukraynaya 1000 əsgərin cəsədini qaytarıb.

Bakupost.az xəbər verir ki, RBK-Ukrayna kanalının yaydığı məlumatda Ukraynaya geri qaytarılanların bir çoxunun Donetsk, Zaporojye, Luqansk və Kursk istiqamətlərində gedən döyüşlər zamanı həlak olan əsgərlər olduğu bildirlir.

Müharibə Əsirləri ilə İş üzrə Koordinasiya Qərargahının məlumatına görə, repatriasiya edilənlər arasında əsirlikdə həlak olmuş 5 ukraynalı hərbi qulluqçunun cəsədi də var. Onlar İstanbulda keçirilən ikinci danışıqlar raundunda razılaşdırılmış mübadilə siyahısında "ağır yaralı və ağır xəstə" əsirlər kimi qeyd olunmuşdular.

“Rusiya tərəfi vaxt uzadır və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ukrayna bütün ağır xəstə və ağır yaralı əsirlərin dərhal azad edilməsini tələb edir və bütün ukraynalıların geri qaytarılması uğrunda mübarizə aparır”, – Koordinasiya Qərargahında bildirilib.

“Yaxın günlərdə hüquq-mühafizə orqanlarının istintaqçıları ilə Daxili İşlər Nazirliyinin ekspert təşkilatları birgə bütün zəruri ekspertizaları həyata keçirəcək və repatriasiya edilən cəsədlərin identifikasiyası aparılacaq”, – əlavə edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar