Ru
19:02 / 19 Avqust 2025

Tramp Ukrayna münaqişəsini CƏNNƏTƏ DÜŞMƏK üçün həll etmək istəyir...

Tramp Ukrayna münaqişəsini CƏNNƏTƏ DÜŞMƏK üçün həll etmək istəyir...
Eye

ABŞ Prezidenti Donald Tramp öldükdən sonra cənnətə düşmək istədiyini və Ukraynadakı münaqişəyə son qoymaq səylərinin buna töhfə verəcəyinə ümid etdiyini bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində deyib.

"Mən Ukraynadakı münaqişənin dayandırılmasını istəyirəm. Orada ABŞ əsgərləri ölmür, əsasən rusiyalılar və ukraynalılar ölür. Hər həftə 7000 insanın öldürülməməsinə nail ola bilsəm, bu, əla olar. Cənnətə düşsəm, səbəblərdən biri də məhz bu olacaq", - Tramp qeyd edib.

O əlavə edib ki, artıq Hindistan və Pakistan arasındakı münaqişədə axan qanı dayandırmağa nail olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar