Aparıcı Zaur Baxşəliyev son günlər televiziyalarla bağlı aparılan müzakirələrə münasibət bildirib.
Bakupost.az xəbər verir ki, o, bu barədə aparıcısı olduğu “Bizimləsən” verilişində danışıb.
Aparıcı qeyd edib ki, səsləndirilən fikirləri ümumiləşdirərək bütün topluma şamil etmək düzgün deyil:
“Ümumiyyətlə, kimsə fikir bildirəndə “hamı”, “onların hamısı” kimi ümumiləşdirici ifadələr işlətməməlidir. Bəzən aparıcıların, müğənnilərin, efirlərin deyə ümumi danışırlar. Bu, doğru deyil. Çünki bu sahədə ziyalı, savadlı, zəhmətkeş, illərini bu sənətə və işə həsr edən, gecə-gündüz çalışan insanlar var. Ona görə də ümumi şəkildə danışmaq olmaz”.
Yasəmən,
BakuPost