Ru
11:00 / 23 İyun 2022

Uşaq pulu yalnız bu ailələrə verilə bilər - MEXANİZM AÇIQLANDI

Uşaq pulu yalnız bu ailələrə verilə bilər - MEXANİZM AÇIQLANDI
Eye

“Azərbaycanda uşaq pulu məsələsi zaman-zaman gündəmə gəlir. Son günlərdə də bu məsələ həm ictimaiyyət, həm də deputatlar və ekspertlər tərəfindən müzakirə olunmaqdadır. Azərbaycanda uşaq pulu sovet dövründən etibarən 2006-cı ilədək verilib. 2006-cı ildən sonra məbləğ çox az olduğundan uşaq pulunun verilməsi dayandırılıb. Həmin dövrdə bu qərar uşaqlar üçün verilən pulun məbləğinin az olması ilə əsaslandırılıb və dövlətin ünvanlı sosial yardıma üstünlük verdiyi açıqlanıb”.



Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.


Deputat bildirib ki, Azərbaycanda uşaq pulu ləğv olunsa da, uşaqlarla bağlı olan müxtəlif təyinatlı müavinətlər hələ də verilməkdədir:





“Dövlət sosial proqramlar vasitəsilə uşaqların sosial müdafiəsini təmin edir. Bu gün vətəndaşlara 20-ə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır. Hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, ölkənin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olanların və müharibə əlillərinin uşaqları aylıq sosial müavinətlə təmin edilirlər. Bura habelə, çoxuşaqlı anaların (beşdən çox), müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları və valideyn himayəsindən məhrum olmuş uşaqlar daxildir. Üstəlik, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir”.


Bu gün ancaq ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa müxtəlif müavinətlərin ödənildiyini deyən Tamam Cəfərova qeyd edib ki, Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır:


"Uşaq pulu ləğv olunandan sonra hökumət ünvanlı sosial yardım sisteminə keçib. Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub.


Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur. Uşaq pulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik, yəni yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaq pulu verilə bilər. Hesablamalara görə, il ərzində uşaq pulunu ödəməyə təqribən 2,5 milyard manat vəsait tələb olunur. Bu, az vəsait deyil. Bu baxımdan hesab edirəm ki, uşaq pulu ucdan tutma bütün ailələrdəki uşaqlara şamil olunmalı deyil. Uşaq pullarının hesablanmasına gəlincə, bu istiqamətdə Azərbaycanda tətbiq ediləcək model ailənin gəlirlərinə və uşaqların sayına bağlı olmalıdır, təbii ki, uşaqların sayı ilə əlaqələndirilməlidir. Gəlirləri az olan ailələrdə adətən uşaqların sayı çox olur. Odur ki, Azərbaycanda adambaşına verilən ödənişlər uşaqların sayı ilə əlaqələndirilməklə yanaşı, yaşına uyğun olaraq hesablanmalıdır. Hesab edirəm ki, bu, ailənin gəlirlərinə və onun təminatına, ehtiyaclarına bağlı olan bir məsələdir. Uşaqlara ödənilmiş məbləğə gəldikdə isə bu məbləğ ailədə uşaqların yaşı ilə əlaqəli ola bilər. Bir çox ölkələrdə 0-6, 6-10, 10-15 yaşlı uşaqlara verilən məbləğlər fərqli olur. Bu yaş qrupları fərqli də ola bilər. Məsələn, 0-3, 4-6, 6-12 və ya 7-17 və s. Yəni 0-6 yaşlı uşaqlara daha az məbləğ verilir, 6-10 yaşlı uşaqlara nisbətən çox - orta məbləğ, 10 yaşından yuxarı olan uşaqlara isə daha çox məbləğ ödənilir. Hesab edirəm ki, Azərbaycanda uşaq pullarının məbləğinin müəyyən edilməsində bu praktikadan istifadə etmək olar. Uşaq pulunun bərpası yeni mexanizmlərin hazırlanması və qanunlarda dəyişikliklər edilməsi şəraitində mümkün ola bilər. Təkliflər hazırlanmalı və müzakirə olunarkən ailələrin sosial müdafiəsində hansı proqramların daha çox faydalı ola biləcəyi təhlil olunmalı və təbii ki, maliyyə yükü mütləq nəzərə alınmalıdır, ən əsası, məsələyə dövlət büdcəsi səviyyəsində baxılmalıdır”.


Sevinc
BakuPost

Şərhlər
  • Rəhimova Esmira

    Salam Mən Gəncə şəhərində yaşayiram.1 qızım var.Qizimin iki yaşi var. Heç bir yerdən gəlirim yoxdur. Yoldaşim 1 çi qrup əlildir. 470 man pensiya alır. Xahiş edirəm mənə köməklik göstərəsiniz.

  • Şəhla Hüseynəliyeva

    İki qizim var boşanmisam kiraye qaliram qab yuyan isləyirem iki usaqim oxuyur 15m maaşla ne edim tek ana olmaqla dövlətim ev vermir maaş vermir nece saxliyim mən olmuyub siz olun 15m sizin simicka pulunuzdu uşaq pulunuda vermilər sosialda almiram deyirlər dövlət işində olmalilisanki sosial düşsün

  • Şahbazov Əlizamin

    Salam məni beş uşağım var 768 manat sosial alıram 450 li mayis alıram 60 manat çörək pulu alıram toplam 1278 iz manat edir 7 nəfərlik ailəni mən necə dolandırır istəmirik sosyalin uşaq pulu versinlər düzgün hesablamışlar dediklərindən verdikləri düz gəlmir

  • Lamiye Quliyeva

    2usagim var bir usagim eyaģina emeliyat olub demir geynir hec yerden gelirimz yoxdu adimizda gelir yer yoxdu usag pul isdeyirem bizde komeyilik gostersiz

  • Ramazanova Şəfiqə

    Mən sizə Şirvan şəhərindən yazira..Mən şəhid və veteran bacisiyam .3 qız övladım var heç yerdə işləmirəm .İşlə təmin olunmaq istəyirəm heç bir qurum da köməklik göstərmir .Hara gedirəm hamısı bir birinin üstünə göndərir .Xaiş edirəm ki,mənə köməklik göstərəsiniz.

  • Aqil Nəsirov

    Mən Şirvan şəhərindən yazıram. 3 uşaqım var. Sosial düzəlddirmək istədim dedilər get işlə iş tap sonra müraciyət et. Mən özüm ustayam. 1 gün iş olur 3 gün olmur. Mənim də əlimdən gələn budu. İndi mən nə etməliyəm? Dövlətimiz nə uşaq pulu verir nədə ki sosial. Hər gündə hər şey bahalaşır. İndi deyin görüm mənə Dövlətimiz bizlərə yardım etmədiyi təqdirdə biz kimdən yardım istəyək?

  • Məhərrəm Hüseynov

    Uşaqlı ailələr çox əziyət çəkir 4 uşağım var bir yerdən bir manat gelirim yoxdu xaiş edirəm bu məsələyə baxılsın

  • Aydan Mirzeyeva

    Salam 5 aylq qzm var hecbi yerde gelirim yoxdur adima hecne yoxdur yoldaşm taksiciliy edr kirayede qalrq

  • Məmmədova İrade

    Mən iki qız ovladi boyudurem evim yox resmi işım yox kirada qalaraq cox boyuk cətinik cəkirik, kirada aldigim ucun qaldigim unvan dan arayiş vermilər muraciyət edek SOSİYAL YARDİM VAR Diyirsiz ad olaraq hallanır her yerde şərtləri o qəder cetin edirsiz ki biz insanlara komek etmiyəsiz bele etməklə dovlətə xeyirı olur

  • Rəqsanə

    uşaq pulu

  • Heydər heyderov

    Salam sosial yardımla bağlı respublikanın böyük problemləri var özüdə yetəri qədərdir.mesele onan ibarətdir ki yuxarı yerlərdən tapşırıblar varki cammatin haqqını kəsin bu bir mənalıdır yalanan ay bağ belə bostan belə boş boş danışırsınız gülünc vəziyyət orasidır ki,hansısa başqa dövlətlə bizi müqayisə edirsiniz bu çox gülünc bir işdir misal üçün avropada demirler insana adında etibarname var və yaxud ev var və yaxud torpağ var və yaxuda evə yoxlamaya gəldiyi vaxta bir qohum bir tanış görsələr guyamis köməklik olunur size bele imtina edirlər halbuki Azərbaycanda elədə gözəl vəziyyət yoxdurki kimsə kiməsə köməklik göstərsin biri sürücü isliyir 4ovladi var gəlirlərki adında etibar name var bu insanları dolamagdi Azərbaycanın yarısı başqa başqa dövlətlərdən dolanır yerdə qalan az bir qisimdiki yenə onaların haqqlarını bir mənalı olaraq kəsirlər mənasız yol salınmalar mənasız işlər gərəksiz pul yeyinti yerləri var respublikanın yuxarda oturanları hamısı ac gozdu lakin danışanda elə danisirlarki guya biz ağılsıziq bunlar ağıllıdırlar menim başım çıxır 4usagli ailəyə gəliri aşağı ola ola mənasız bəhanələrlə imtina verirler hər şeydə Azərbaycanda qanunsuzluğ boslug özbaşınalığdi bircə onu bilirəmki bizim millətə ya Amerikanli yada rus rəhbərlik etsəydi hami necə lazımdır dolanardi nedeki indi rusdan ingilisden almanan onan bunan dolanırıq menim başım çıxmır bu yuxarıda oturanlar nəyə lazımdır ki.

  • Qasimov simran

    Salam iki qiz ovladim var birinin 1 yaşi biri ise hele korpedi mene ne qeder sosial yardim duşur işsizem heç bir yerden gelirim gelmir

  • Mustafayeva Rəvanə

    İki oğul böyüdürəm nə evim var nə işim yoldaşım birsiliyoz xəstəsi özüm çoban 18 yaşına gələn kimi dövlət pavesqa göndərəcək əlinə silah verib sərhədə yollayacağ amma indi nə zülmlə böyüdürəm bir Allah bilir indi mənə kömək etməyən dövlət bəs bu necə əsgər olacağ?1 AZN pul verib əsgərin layiqli böyüdə bilmir bu dövlət

  • Xatire şükürov

    Salam mən xayiş edremkin uşaq pulu her bir etyacı olan kasıb insanlara versin

  • Məmmədov Namiq

    Salam mən 2 çi qrup əliləm pensoyadan başka muavinat almıram işsizəm səhətim normal insanlar kimi işləməyə əl vermir Uşaq pulu heç cür ala bilmirəm deyirler isleməlisən ki uşaq pulu düşsün, İşləsəm uşaq pulunu neynirem ki, Heç olmasa az təminatlı ailələrə görə biz əlillərə də yer versəz ünvanlı sosial təminatdan yararlanardiq amma dəfələrlə müraciətimə baxmayaraq ne valideyni itirdiyimə görə ne uşaq puluya göre nede az təminatlı yardıma görə mənə sosial yardım edilməyib

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar